Azərbaycan düyü idxalını 47,2% artırıb

Azərbaycan düyü idxalını 47,2% artırıb
# 15 avqust 2020 11:30 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana ümumi dəyəri 28 771,30 ABŞ dolları dəyərində 41 397,31 ton düyü idxal edilib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yeddi ayında Azərbaycana idxal edilən düyünün dəyəri 22,1%, həcmi isə 47,2% artıb.

Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində düyü idxalı Azərbaycanın ümumi idxalının 0,49%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR