Azərbaycan fındıq ixracını 35%-dən çox artıra bilər

Azərbaycan fındıq ixracını 35%-dən çox artıra bilər
# 18 fevral 2020 16:29 (UTC +04:00)

Azərbaycan fındıq ixracını yaxın 3-4 il ərzində 36%-dən çox artırmağı hədəfləyir.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

"Azərbaycan hazırda ildə 22 min ton fındıq ləpəsi ixrac edir. Yaxın 3-4 ildə 30 min tonu keçəcəyik. Bu da ildə orta hesabla 160-200 mln. ABŞ dolları deməkdir", - deyə İ. Orucov bildirib.

Onun sözlərinə görə, fındıq ağacları gec məhsuldarlıq verdiyi üçün 10 il sonra fındıq ixracında kəskin artım müşahidə etmək mümkün olacağı istisna deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR