Azərbaycan kartof istehsalını 14%-ə yaxın artırıb

Azərbaycan kartof istehsalını 14%-ə yaxın artırıb
# 16 iyun 2020 10:53 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın təsərrüfatlarında 196,1 min ton kartof istehsal olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 13,7% artıb.

Hesabat dövründə ölkədə tərəvəz məhsullarının istehsalı ötən ilin ilk beş ayı ilə müqayisədə 16,2% artaraq 287,4 min ton təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında yaz əkininin əvvəlindən 56,9 min hektar sahədə kartof əkilib. Bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,2% çoxdur.

Bu ilin iyun ayının 1-nə kimi ölkədə 65,2 min hektar ərazidə isə tərəvəz məhsulları əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 3,7% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR