Azərbaycan kartof istehsalını artırıb

Azərbaycan kartof istehsalını artırıb
# 17 sentyabr 2020 15:50 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycan təsərrüfatlarında 757,6 min ton kartof istehsal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 7,6% artıb.

Ümumiyyətlə, hesabat dövründə ölkədə tərəvəz məhsullarının istehsalı ötən ilin səkkiz ayı ilə müqayisədə 4,5% artaraq 1 342,1 min ton təşkil edib.

Yanvar-iyul aylarında Azərbaycandan 33 759,6 min ABŞ dolları dəyərində 81 291,5 ton kartof ixrac olunub ki, bu da ötən ilin yeddi ayının göstəricisini müvafiq olaraq 26% və 32,1% üstələyir. Qeyd olunan dövr ərzində ölkəyə 24 853,9 min dolları dəyərində 91 119,9 ton kartof idxal olunub. Bu göstərici həcm baxımından 0,8% azalıb, dəyər baxımından isə 3,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR