Azərbaycan kərə yağı, pendir və kəsmik istehsalını artırıb

Azərbaycan kərə yağı, pendir və kəsmik istehsalını artırıb
  • Clock-gray 14:14
  • calendar-gray 31 May 2020

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 8 110,8 ton kərə yağı istehsal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin ayni dövrü ilə müqayisədə kərə yağı istehsalı 2% artıb. Mayın 1-nə ölkədə 76,3 ton hazır məhsul ehtiyatı olub ki, bu da illik ifadədə 7,6 dəfə çoxdur.

Bundan başqa, hesabat dövründə ölkədə qaymaq və xama istehsalı son bir ildə 41,2% artaraq 2 546,3 ton təşkil edib.

Ölkədə istehsal olunan pendir və kəsmiyin həcmi də artıb. Cari ilin ilk dörd ayında Azərbaycanda bu məhsulların istehsalı illik ifadədə 2,1% artaraq 17 489 ton təşkil edib. Mayın 1-nə anbarlarda 67,1 ton hazır məhsul ehtiyatı mövcud olub ki, bu da ötən illə müqayisədə 6,7% çoxdur.

APA-Economics

Digər xəbərlər