Azərbaycan meyvə-tərəvəz ixracından yanvar-noyabrda 550 mln. dollara yaxın gəlir əldə edib

Azərbaycan meyvə-tərəvəz ixracından yanvar-noyabrda 550 mln. dollara yaxın gəlir əldə edib
# 28 dekabr 2020 18:02 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrə dəyəri 549 505,81 min ABŞ dolları dəyərində 550 645,1 ton meyvə-tərəvəz ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 1,4% artıb, həcmi isə 2,2% azalıb.

Qeyd edək ki, bu ilin 11 ayında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarını əsasən tomat, meşə fındığı, alma və xurma təşkil edib.

Hesabat dövründə 190 390,22 min dollar dəyərində 175 978,04 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 14,2% və 13,2% çoxdur.

Cari ilin yanvar-noyabr ayları ərzində 103 286,39 min dollar dəyərində (10% azalma) 16 811,54 ton (azalma 19,1%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 27 586,24 min dollar dəyərində 67 240,53 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 21,3%, həcm isə 21% azalma müşahidə olunub.

Bu ilin 11 ayı ərzində ölkədən 64 899,20 min dollar dəyərində (23,2% azalma) 93 104,07 ton (azalma 22%) xurma ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR