Azərbaycan meyvə-tərəvəz ixracını 3% artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını 3% artırıb
  • Clock-gray 12:25
  • calendar-gray 20 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrə dəyəri 402 132,00 min ABŞ dolları dəyərində 397 338,57 ton meyvə-tərəvəz ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 3,1%, həcmi isə 1,8% artıb.

Qeyd edək ki, bu ilin doqquz ayında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarını əsasən tomat, meşə fındığı, alma və xurma təşkil edib.

Hesabat dövründə 167 802,36 min dollar dəyərində 154 980,19 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 18% və 15,5% çoxdur.

Cari ilin yanvar-sentyabr ayları ərzində 69 218,09 min dollar dəyərində (-22,1%) 11 404,00 ton (-30,4%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 15 796,65 min dollar dəyərində 37 613,08 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 30,7%, həcm isə 31,8% azalma müşahidə olunub.

Bu ilin doqquz ayı ərzində ölkədən 15 686,95 min dollar dəyərində (-23,5%) 20 087,78 ton (-25,8%) xurma ixrac olunub.

Hüseyn Vəliyev

Digər xəbərlər