Azərbaycan meyvə-tərəvəz ixracını azaldıb

Azərbaycan meyvə-tərəvəz ixracını azaldıb
# 16 iyun 2020 16:05 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə dəyəri 236 509,55 min ABŞ dolları təşkil edən 226 772,51 ton meyvə-tərəvəz ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar-may ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 1,9%, həcmi isə 10% azalıb.

Qeyd edək ki, yanvar-mayda Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarını əsasən tomat, meşə fındığı, alma və xurma təşkil edib.

Hesabat dövründə 123 089,32 min dollar dəyərində 104 860,06 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 18,1% və 14,4% çoxdur.

Cari ilin yanvar-may ayları ərzində 52 203,88 min dollar dəyərində (16,7% azalma) 8 459,13 ton (azalma 26,5%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 8 794,92 min dollar dəyərində 20 867,31 ton alma ixrac olunub ki, bu göstərici üzrə həcm olaraq 46%, dəyərində isə 45% azalma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR