Azərbaycan noyabrda buğda idxalını iki dəfədən çox azaldıb

Azərbaycan noyabrda buğda idxalını iki dəfədən çox azaldıb
# 29 dekabr 2020 09:19 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana ümumi dəyəri 262,497 mln. ABŞ dolları təşkil edən 1 225 585,85 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin on bir ayında Azərbaycana idxal edilən buğdanın dəyəri 17,9%, həcmi isə 17,6% azalıb.

Təkcə noyabr ayında ölkə 19,052 mln. dollar dəyərində 83 977,28 ton buğda gətirib ki, bu da oktyabr ayı ilə müqayisədə müvafiq olaraq 48,6% və 51,6% (2,1 dəfə) azdır.

Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,71%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR