Azərbaycan noyabrda pomidor ixracını 3 dəfə artırıb

Azərbaycan noyabrda pomidor ixracını 3 dəfə artırıb
  • Clock-gray 12:45
  • calendar-gray 30 Dekabr 2020

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 190,39 mln. ABŞ dolları dəyərində 175 978,04 ton tomat ixrac edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, illik müqayisədə tomat ixracı dəyər ifadəsində 14,2%, həcm ifadəsində isə 13,3% artıb.

Təkcə noyabr ayında ölkədən 17,371 dollar dəyərində 15 708,83 ton tomat xarici bazarlara göndərilib ki, bu da oktyabr ayı ilə müqayisədə müvafiq olaraq 3,3 dəfə və 3 dəfə çoxdur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər