Azərbaycan ötən il Rusiyadan aqrar-sənaye məhsulları idxal edən əsas ölkələrdən olub - TOP-10

Azərbaycan ötən il Rusiyadan aqrar-sənaye məhsulları idxal edən əsas ölkələrdən olub - TOP-10
# 26 yanvar 2021 12:40 (UTC +04:00)

Azərbaycan 2020-ci ildə Rusiyadan aqrar-sənaye məhsullarının idxalı üzrə TOP-10 ölkə sırasında yer alıb.

"APA-Economics" Rusiya Kənd Təsərrüfatı Nazirliyinin "Aqroeksport" Federal Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, ötən il bu məhsulların kateqoriyası üzrə ümumi ixracın 2,4%-i Azərbaycanın payına düşüb.

Rusiyadan aqrar-sənaye məhsullarının tədarükündə birinci yeri 13,7% payla Çin tutub. Daha sonra Avropa İttifaqı (Aİ) ölkələri (11,3%), Türkiyə (10,7%), Misir (6,6%), Qazaxıstan və Cənubi Koreya (hər biri 5,8%), Belarus (4%), Ukrayna (2,6%), Səudiyyə Ərəbistanı və Azərbaycan (2,4%) yer alıb. Digər ölkələrin ümumi payı 34,8% təşkil edib.

Qeyd olunur ki, Rusiya kənd təsərrüfatı məhsullarının Çinə tədarükü 2020-ci ildə 27% artaraq 4,049 mlrd. ABŞ dolları olub.

Müqayisə üçün: Aİ ölkələri üzrə tədarükün artımı 13% (3,325 mlrd. dollar), Türkiyəyə – 26% (3,137 mlrd. dollar), Misirə – 33% (1,956 mlrd. dollar), Cənubi Koreyaya – 9% (1,707 mlrd. dollar) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR