Azərbaycan ötən il Stavropoldan 99 mln. dollarlıq taxıl idxal edib

Azərbaycan ötən il Stavropoldan 99 mln. dollarlıq taxıl idxal edib
# 27 yanvar 2021 11:17 (UTC +04:00)

2020-ci il ərzində Rusiyanın Stavropol diyarından Azərbaycana 99,1 mln. ABŞ dolları dəyərində 483 min ton taxıl ixrac olunub.

"APA-Economics"in məlumatına görə, bu barədə Stavropol diyarının Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, ötən il ərzində Azərbaycanla yanaşı Gürcüstan və Ermənistan da bu məhsulların əsas alıcılarından olub. Belə ki, hesabat dövründə Gürcüstana 81,1 mln. dollar dəyərində 76 min ton, Ermənistana isə 3,4 mln. dollar dəyərində 17 min ton taxıl ixrac olunub. Bundan başqa, Stavropol buğdası Qazaxıstana, Türkmənistana, Malayziyaya ixrac olunub.

Ümumilikdə, ötən ilin sonuna diyardan 152,7 mln. dollarlıq 745 min ton taxıl ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR