Azərbaycan sentyabrda buğda idxalını 11% artırıb

Azərbaycan sentyabrda buğda idxalını 11% artırıb
# 20 oktyabr 2020 11:44 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 206 340,26 min dollar dəyərində 968 209,99 ton buğda idxal edib ki, bu da ötən ilin dövrü ilə müqayisədə dəyər ifadəsində 13%, həcm ifadəsində isə 14,3% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, təkcə 2020-ci ilin sentyabr ayında 59 154,97 min dollar dəyərində 279 474,86 ton buğda idxal olunub. Bu göstərici aylıq müqayisədə dəyər ifadəsində 11,3% həcm ifadəsində isə 11,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR