Azərbaycan sentyabrda gübrə idxalını artırıb

Azərbaycan sentyabrda gübrə idxalını artırıb
# 22 oktyabr 2020 11:52 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 79,75 mln. ABŞ dolları dəyərində 274 901,05 ton gübrə idxal edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21%, həcm ifadəsində isə 5,9% azalıb.

Təkcə bu ilin sentyabr ayında 11,70 mln. dollar dəyərində 38 812,23 ton gübrə ölkəyə tədarük olunub ki, bu da avqust ayı ilə müqayisədə dəyər ifadəsində 9,4%, həcm ifadəsində isə 4,2% çoxdur.

Qeyd edək ki, gübrə idxalı 2020-ci ilin ilk doqquz ayında ümumi idxalın 1,02%-ni təşkil. Bu, illik müqayisədə 0,05 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR