Azərbaycan şəkər ixracını kəskin azaldıb

Azərbaycan şəkər ixracını kəskin azaldıb
# 14 avqust 2020 14:34 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 22 780,74 ton şəkər ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 40% azdır.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yeddi ayında 9 320,32 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 43,6% azdır.

Cari ilin yanvar-iyul aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,10%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,90%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR