Azərbaycan və Yaponiya qarşılıqlı investisiya imkanlarını müzakirə edib

Azərbaycan və Yaponiya qarşılıqlı investisiya imkanlarını müzakirə edib
# 06 fevral 2020 13:39 (UTC +04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (Azpromo) Yaponiyanın "H.I.S" şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Azpromo-dan "APA-Economics"ə verilən məlumata görə, görüşdə qarşılıqlı investisiya imkanları, kənd təsərrüfatı məhsullarının ixracı məsələləri müzakirə edilib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycandan Yaponiyaya ixracın həcmi 90 215,98 min dollar təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 80 194,77 min dollar və ya 9 dəfə çoxdur. İdxalın həcmi isə 221 576,02 min dollara bərabər olub ki, bu göstərici 2018-ci ili ilə müqayisədə 162 313,64 min dollar və ya 42,3% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR