Azərbaycan yeyinti məhsullarının idxalını 3% artırıb

Azərbaycan yeyinti məhsullarının idxalını 3% artırıb
# 14 sentyabr 2020 17:12 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1 026 194,47 min ABŞ dollarına bərabər olub.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin səkkiz ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 3% çoxdur.

Ümumiyyətlə, yanvar-avqust aylarında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 15,34% təşkil edib.

Hesabat dövründə ölkəyə 56 483,35 min dollar dəyərində 31 742,89 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 12,6% çox, həcm göstəricisi üzrə isə 4,4% azdır.

Cari ilin yanvar-avqust ayları ərzində ölkəyə 11 595,69 min dollar dəyərində (artım 23,7%) 6 863,11 ton (artım 21,1%) süd idxal olunub.

Ölkəyə həmçinin 57 917,6 min dollar dəyərində 11 702,26 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 37,2% və 38,9% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR