Azərbaycan yeyinti məhsullarının idxalını 5%-dən çox artırıb

Azərbaycan yeyinti məhsullarının idxalını 5%-dən çox artırıb
# 16 iyul 2020 11:35 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 766 461,43 min ABŞ dollarına bərabər olub.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin ilk altı ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 5,2% çoxdur.

Ümumiyyətlə, yanvar-iyun aylarında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 15,4% təşkil edib.

Hesabat dövründə ölkəyə 45 951,91 min dollar dəyərində 25 675,45 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 29,8%, həcm göstəricisi üzrə isə 6,7% çoxdur.

Cari ilin yanvar-iyun ayları ərzində ölkəyə 9 502,29 min dollar dəyərində (artım 57,2%) 5 487,30 ton (artım 37,8%) süd idxal olunub.

Ölkəyə həmçinin 43 599,71 min dollar dəyərində 8 779 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 33,9% və 34,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR