Azərbaycan yeyinti məhsullarının idxalını ötən ay 14% azaldıb

Azərbaycan yeyinti məhsullarının idxalını ötən ay 14% azaldıb
  • Clock-gray 17:45
  • calendar-gray 19 Fevral 2020

Bu ilin yanvar aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 96 412,02 min ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, cari ilin ilk ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 14% azdır.

Ümumiyyətlə, cari ilk ayında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 13,37% təşkil edib.

Hesabat dövründə ölkəyə 7 419,58 min dollar dəyərində 4 637,95 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 5,6% artsa da, həcm göstəricisi üzrə isə 8% azalıb.

Cari ilin yanvar ayı ərzində ölkəyə 953,80 min dollar dəyərində (artım – 12,4%) 574,96 ton (14,7% az) süd idxal olunub.

Ölkəyə həmçinin 4 966,43 min dollar dəyərində 1 007,14 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub ki, bu göstərici üzrə həcm olaraq 40,2%, dəyərində isə 27,8% artım müşahidə olunub.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date