Azərbaycana çay idxalı ixracı 7 dəfəyədək üstələyib

Azərbaycana çay idxalı ixracı 7 dəfəyədək üstələyib
# 20 fevral 2021 12:21 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycan ümumi dəyəri 760,17 min ABŞ dolları dəyərində 104,14 ton çay ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 2,4 dəfə, həcmi isə 2,2 dəfə artıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,52%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 2 517,16 min dollar dəyərində 711,09 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 51,2%, həcmi isə 46,8% azalıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,32% təşkil edib.

Göründüyü kimi, cari ilin yanvar ayında Azərbaycanda çay idxalı ixracı 6,8 dəfə üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR