Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana ümumi dəyəri 6,658 mln. ABŞ dolları olan 9 657,45 ton düyü idxal edilib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk iki ayında Azərbaycana idxal edilən düyün həcmi 22,9% artıb, dəyəri isə 39,1% artıb.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,41%-nə bərabər olub.