Azərbaycana düyü idxalı artıb

Azərbaycana düyü idxalı artıb
# 20 fevral 2021 11:23 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycana ümumi dəyəri 3 543,13 ABŞ dolları dəyərində 4 885,91 ton düyü idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk ayında Azərbaycana idxal edilən düyünün dəyəri 97,7%, həcmi isə 64,7% artıb.

Qeyd edək ki, bu ilin yanvar ayı ərzində düyü idxalı Azərbaycanın ümumi idxalının 0,25%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR