Azərbaycana kakao idxalı artıb

Azərbaycana kakao idxalı artıb
  • Clock-gray 11:00
  • calendar-gray 19 Noyabr 2020

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 59 282,85 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal olunub.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,8% artıb.

Cari ilin 10 ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,68%-ə bərabər olub.

Hesabat dövründə ölkədən bu məhsul ixracının dəyəri 2 939,88 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 23,2% azdır. Cari ilin 10 ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,02% təşkil edib.

Hüseyn Vəliyev

Digər xəbərlər