Azərbaycana tütün məmulatlarının idxalı 30%-dək azalıb

Azərbaycana tütün məmulatlarının idxalı 30%-dək azalıb
  • Clock-gray 10:51
  • calendar-gray 29 Dekabr 2020

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən azalıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparığı hesabalamalara görə, hesabat dövründə ölkəyə 78 566,13 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 804,34 min dollar və ya 28,8% azdır.

Qeyd edək ki, bu ilin 11 ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,81%-nə bərabər olub.

Hüseyn Vəliyev

Digər xəbərlər