Azərbaycana tütün məmulatlarının idxalı sentyabrda azalıb

Azərbaycana tütün məmulatlarının idxalı sentyabrda azalıb
# 20 oktyabr 2020 12:08 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən 29,7% azalaraq 61 484,78 min dollar təşkil edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, təkcə sentyabr ayı ərzində ölkəyə 7 671,38 min dollar tütün və tütün məmulatları idxal olunub ki, bu da avqust ayı ilə müqayisədə 1,1% azdır.

Qeyd edək ki, bu ilin ilk doqquz ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,79%-nə bərabər olub ki, bu da illik müqayisədə 0,05 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR