Azərbaycana yanvar-avqustda 12 mln. dollarlıq dəniz məhsulları idxal edilib - CƏDVƏL

Azərbaycana yanvar-avqustda 12 mln. dollarlıq dəniz məhsulları idxal edilib - CƏDVƏL
# 23 oktyabr 2020 16:30 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 11,979 mln. ABŞ dolları dəyərində 5 095,49 ton dəniz məhsulları idxal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, cari ilin ilk səkkiz ayında ölkəyə 68 kateqoriya üzrə idxal olunan dəniz məhsullarından ən çox dondurulmuş şimal və cənub putassusu olub – 2,382 mln. dollar dəyərində 999,77 ton. Bu növ balıqlar əsasən Yeni Zelandiyadan idxal olunub. Ümumiyyətlə, hesabat dövründə təkcə bu ölkədən Azərbaycana 1 721,43 mln. dollar dəyərində 688,57 ton dondurulmuş putassu gətirilib.

Dəniz məhsullarının idxalına görə ikinci yeri şirin suda yaşayan dondurulmuş balıq və nərələr tutub – 705,89 ton. Bu balıq növləri ölkəyə Rusiyadan gətirilib.

İdxal edilən dəniz məhsullarının üçüncü yerində əsasən İslandiyadan idxal olunan dondurulmuş skumbriya qərarlaşıb – 593,16 ton.

Qeyd edək ki, yanvar-avqustda Azərbaycana idxal olunmuş dəniz məhsulları əsasən Yeni Zelandiya, Rusiya, İslandiya, Çili, Kanada, Hindistan və Vyetnamdan gətirilib.

Yanvar-avqustda Azərbaycana idxal edilən TOP-10 dəniz məhsulu:

#

Dəniz məhsulu

Həcm, ton

Dəyər, min ABŞ dolları

Əsas ixracatçı ölkə

1

Dondurulmuş şimal və cənub putassusu

999,77

2 382,42

Yeni Zelandiya

2

Şirin suda yaşayan balıq, nərələr

705,89

882,84

Rusiya

3

Dondurulmuş skumbriya

593,16

879,2

İslandiya

4

Dondurulmuş naqqa

563,49

723,46

Vyetnam

5

Dondurulmuş karp

459,95

769,56

Rusiya

6

Merluccius cinsli digər balıq merluza

422,51

957,97

Kanada

7

Dondurulmuş Atlantik və Dunay qızılbalığı

399,78

1 957,28

Çili

8

Təzə və ya soyudulmuş karp

312,06

398,23

Rusiya

9

Hisə verilmiş krevetlər

92,01

701,96

Hindistan

10

Dondurulmuş Sakit okean qızılbalığı

65,88

297,85

Rusiya

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR