Azərbaycana yeyinti məhsullarının idxalı 14,6% artıb

Azərbaycana yeyinti məhsullarının idxalı 14,6% artıb
# 20 fevral 2021 11:49 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 110 451,30 min ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında yeyinti məhsulları üzrə idxalın dəyəri ötən ilin analoji dövrünə nisbətən 14,6% çoxdur.

Yanvar ayında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 14,03% təşkil edib.

Hesabat dövründə ölkəyə 4 304,93 min dollar dəyərində 2 357,85 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər baxımından 42%, həcm göstəricisi üzrə isə 49,2% azdır.

Cari ilin yanvar ayı ərzində ölkəyə 794,66 min dollar dəyərində (azalma 16,7%) 548,15 ton (4,7% az) süd idxal olunub.

Ölkəyə həmçinin 5 365,41 min dollar dəyərində 1 070,35 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 8% və 6,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR