Azərbaycana yeyinti məhsullarının idxalı 27% artıb

Azərbaycana yeyinti məhsullarının idxalı 27% artıb
# 16 aprel 2021 17:25 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 454 987,05 min ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, cari ilin ilk üç ayında yeyinti məhsulları üzrə idxalın dəyəri ötən ilin analoji dövrünə nisbətən 27,3% çoxdur.

Ümumilikdə, yanvar-mart aylarında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 18% təşkil edib.

Hesabat dövründə ölkəyə 14 947,02 min dollar dəyərində 8 794,07 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 26,1%, həcm göstəricisi üzrə isə 20,2% azdır.

Cari ilin yanvar-mart ayları ərzində ölkəyə 2 808,60 min dollar dəyərində (azalma 17,3%) 1 918,80 ton (azalma 8,6%) süd idxal olunub.

Ölkəyə həmçinin, 20 081,92 min dollar dəyərində 4 158,04 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 1,6% və 5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR