Azərbaycana yeyinti məhsullarının idxalı cüzi azalıb

Azərbaycana yeyinti məhsullarının idxalı cüzi azalıb
# 15 yanvar 2021 18:25 (UTC +04:00)

2020-ci ildə Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1 640 721,66 min ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici üzrə idxalın dəyəri 2019-cu ilə nisbətən 0,2% azdır.

Ümumiyyətlə, ötən il ərzində qida məhsullarının ümumi ölkə idxalında çəkisi 15,3% təşkil edib.

Hesabat dövründə ölkəyə 78 690,66 min dollar dəyərində 43 948,45 ton ət idxal edilib ki, bu da 2019-cu ilin göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 0,9%, həcm göstəricisi üzrə isə 14,7% azdır.

Ötən il ərzində ölkəyə 15 312,80 min dollar dəyərində (artım 6,5%) 9 657,31 ton (artım 7%) süd idxal olunub.

Ölkəyə həmçinin 82 608,28 min dollar dəyərində 16 806,39 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 15,4% və 19,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR