Azərbaycanda "Kənddən Şəhərə" mağazalarının sayı franşiza sistemi ilə artırılacaq

Azərbaycanda "Kənddən Şəhərə" mağazalarının sayı franşiza sistemi ilə artırılacaq
# 18 dekabr 2019 16:26 (UTC +04:00)

Gələn ildən etibarən "Kənddən Şəhərə" mağazaların sayı franşiza sistemi ilə artırılacağı nəzərdə tutulur.

Bunu "APA-Economics"ə "Dövlət Aqrar Ticarət Şirkəti"nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

Onun sözlərinə gərə, bu sistemin cari ildən tətbiqi gözlənilsə də, sahibkarın işində müəyyən uzanmalar olduğundan planlar növbəti ilə keçirildi.

"Hazırda "Kənddən Şəhərə" mağazası Bakının Səbail və Xətai rayonlarında fəaliyyət göstərir. Bildiyiniz kimi, biz "Kənddən Şəhərə"ni "xalq markası" qismində təqdim edirik. Bu mağazalarda fermerlər öz qida və ərzaq məhsulların satışını təşkil edirlər. Biz onlara lazımı konsultasiya və marketinq dəstəyi göstəririk. Gələn ildən "Kənddən Şəhərə" brendini franşiza şəkilində təqdim edəcəyik. Kimin marağı varsa, sərmayə yatırıb, bu addan istifadə edib, mağazalar aca bilər. Yetər ki, bizim standartlara uyğun fəaliyyət göstərsinlər", - deyə L. Məmmədova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR