Azərbaycanda Qış Yarmarkası fəaliyyətə başlayıb - FOTO

Azərbaycanda Qış Yarmarkası fəaliyyətə başlayıb - FOTO
# 21 dekabr 2020 14:51 (UTC +04:00)

“Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan “Kənddən şəhərə” Qış Yarmarkası fəaliyyətə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Bakı və Abşeronda 3 ünvanda (Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı) və Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41) fəaliyyət göstərəcək.

Yarmarkaya əvvəlcədən qeydiyyatdan keçən 100-dən artıq fermer öz məhsullarını çıxarıb. Yarmarka dekabrın 31-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR