Azərbaycanda aqrar məsləhət xidmətlərinə dair qanun layihəsi hazırlanır

Azərbaycanda aqrar məsləhət xidmətlərinə dair qanun layihəsi hazırlanır
  • Clock-gray 10:18
  • calendar-gray 15 Mart 2021

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra edilən "Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi" layihəsi çərçivəsində bu sahədə qanunverici bazanın yaradılması və əsas qanun layihəsinin hazırlanmasına dəstək göstərilir.

FAO-dan "APA-Economics"ə verilən məlumata görə, hazırlanacaq yeni qanunvericilik mexanizmi Azərbaycan hökumətinə təqdim ediləcək yeni aqrar məsləhət xidməti modelinin və aqrar məsləhət xidmətlərinin həyata keçirilməsi ilə bağlı beşillik strategiyanın həyata keçirilməsi üçün zəmin yaradacaq.

Layihə mütəxəssisləri "Aqrar məsləhət xidmətləri haqqında" qanun layihəsinin hazırlanmasına dair işçi qrupa daxil edilib. İşçi qrupa Azərbaycan üçün hazırlanan Aqrar məsləhət xidməti modelini təqdim edən mütəxəssislər bu modelin işlək olması üçün dövlət, özəl, biznes və vətəndaş cəmiyyəti arasında tələb olunan tənzimləmələr barədə məlumat verib və qanunvericiliyin bu tələblərə uyğun qurulmasına ehtiyac olduğunu bildiriblər.

Hüseyn Vəliyev

Digər xəbərlər