Azərbaycanda bitkiçilik sahəsi ötən il 1%, heyvandarlıq isə 3% artıb

Azərbaycanda bitkiçilik sahəsi ötən il 1%, heyvandarlıq isə 3% artıb
# 13 yanvar 2021 10:25 (UTC +04:00)

Ötən il Azərbaycanda 8 428,9 mln. manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2019-cu ilin göstəricisini 2% üstələyir.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə heyvandarlıq məhsullarının payı 52,2% və ya 4 400,5 mln. manat təşkil edib ki, bu da 2019-cu ilin analoji ayları ilə müqayisədə 3,1% çoxdur.

Bitkiçiliyə gəldikdə, 2020-ci ildə bu sahədə 4 028,4 mln. manatlıq məhsul istehsal olunub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 0,8% çoxdur.

Qeyd edək ki, Dünya Bankı tərəfdən 2020-ci ildə Azərbaycanın kənd təsərrüfatı sektoru 1,5% artacağı proqnozlaşdırılırdı. Bankın ötən ilin oktyabrında dərc olunan Avropa və Mərkəzi Asiya üzrə hesabatında qeyd olunub ki, 2021-ci ildə isə sözügedən sektor 2,5% artacaq. 2022-ci il üçün isə daha optimistik proqnozu olan bank 3,2% artım gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR