Azərbaycanda bu il bal istehsalı artacaq - PROQNOZ

Azərbaycanda bu il bal istehsalı artacaq - PROQNOZ
# 27 yanvar 2021 16:00 (UTC +04:00)

Bu il Azərbaycanda bal istehsalının həcmi ötən ilə nisbətən təqribən 8% artaraq 6,5 min ton civarında olacağı proqnozlaşdırılır.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov "APA-Economics"ə bildirib ki, ötən il ölkədə 6 min ton bal istehsal olunub, bu da bir il öncəki göstəricini təxminən 2 dəfə üstələyib: "Ölkə üzrə ötən il bal istehsalı qənaətbəxş olub və son üç ayda bu məhsulun satışları bir qədər də sürətlənib. Ötən il ərzində 6 min ton məhsul istehsal olunub. Bu il sözügedən rəqəmin 6,5 min ton olacağı proqnozlaşdırılır. Hazırda arıçılar yaz mövsümünə hazırlıq işlərinə başlayıblar".

Assosiasiyasının sədrinin öncə qeyd etdiyi kimi, istehsal həcminin 10 min tona çatdırılacağı planlaşdırılır ki, buna təxminən yaxın 2-3 il ərzində nail olunacağı istisna olunmur.

Qeyd edək ki, Assosiasiyanın apardığı araşdırmalara əsasən, bal məhsuluna daxili tələbat təqribən 5 min tona bərabərdir. Dəyər baxımından bazarın illik həcmi təxminən 1,2 mln. manat təşkil edir ki, bunun da 3 mln. manatını istehsal xərcləri təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR