Azərbaycanda bu il çay idxalı ixracı 10 dəfəyədək üstələyib

Azərbaycanda bu il çay idxalı ixracı 10 dəfəyədək üstələyib
# 29 dekabr 2020 10:40 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan ümumi dəyəri 8 536.16 min ABŞ dolları dəyərində 1 232.09 ton çay ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparığı hesabalamalara görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin 11 ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 0,5% artıb, həcmi isə 9,3% azalıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,07%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,52%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 49 633.35 min dollar dəyərində 12 264.34 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 1,3% artıb, həcmi isə 2,2% azalıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,51% təşkil edib.

Göründüyü kimi, cari ilin 11 ayında Azərbaycanda çay idxalı ixracı 10 dəfəyədək üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR