Azərbaycanda çay idxalı ixracı 10 dəfəyə yaxın üstələyib

Azərbaycanda çay idxalı ixracı 10 dəfəyə yaxın üstələyib
# 20 iyul 2020 12:15 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan ümumi dəyəri 4 767,8 min ABŞ dolları olan 705,18 ton çay ixrac olunub.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk altı ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 5,9%, həcmi isə 0,5% artıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,06%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,52%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 27 482,20 min dollar təşkil edən 6 853,46 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının həcmi 10%, dəyəri isə 14,5% artıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,34% təşkil edib.

Göründüyü kimi, cari ilin ilk yarısında Azərbaycanda çayın idxalı ixracı 9,7 dəfə üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR