Azərbaycanda elektrik avadanlıqlarının istehsalı 21% artıb

Azərbaycanda elektrik avadanlıqlarının istehsalı 21% artıb
# 21 may 2020 15:45 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayında Azərbaycanın kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 66,8 mln. manatlıq məhsul istehsal olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 20,6% artıb.

Dövr ərzində əvvəlki ilin ilk dörd ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 11,6 dəfə, 1 000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 3,2 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR