Azərbaycanda fermerlərə 200 mln. manatdan çox subsidiya ödənilib

Azərbaycanda fermerlərə 200 mln. manatdan çox subsidiya ödənilib
# 05 iyun 2020 14:09 (UTC +04:00)

Payızlıq əkin üzrə fermerlərə 191,9 mln. manata yaxın subsidiya ödənilib.

Bunu “APA-Economics”ə Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) deyiblər.

Agentlikdən bildirilib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 502 815 fermer qeydiyyatdan keçib. Qeydiyyatdan keçirilən təsərrüfatların ümumi sayı isə 614 569-a çatıb. Fermerlərdən 372 435-i payızlıq əkinlərini bəyan edib ki, onlardan 369 985-nin bəyanı təsdiqlənib.

Agentlikdən həmçinin bildirilib ki, fermerlər tərəfindən 61 245-i yazlıq əkin əraziləri bəyan edilib ki, onlardan 33 350-nin bəyanı təsdiqlənib. Yazlıq əkin üzrə 17 355 fermerə 9,21 mln. manatdan çox subsidiya ödənilib.

Beləliklə, fermerlərə həm payızlıq, həm də yazlıq əkin üzrə ümumi olaraq 201,11 mln. manatdan çox subsidiya ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR