Azərbaycanda istehsal kvotaları ayrılacaq buğda toxumlarının kateqoriyaları müəyyənləşəcək

Azərbaycanda istehsal kvotaları ayrılacaq buğda toxumlarının kateqoriyaları müəyyənləşəcək
  • Clock-gray 19:01
  • calendar-gray 30 Dekabr 2019

Nazirlər Kabineti “Azərbaycan Respublikasında buğda toxumçuluğununinkişaf etdirilməsi tədbirləri haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qüvvədə olan qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyi hər il 15 iyun tarixinədək növbəti il üçün orijinal, superelit, elit, 1-ci və 2-ci reproduksiyalı toxumlar və tinglərin istehsalı kvotalarının təsdiq edilməsi barədə müəyyən olunmuş qaydada Nazirlər Kabinetinə təklif verib.

Dəyişikliyə əsasən, Kənd Təsərrüfatı Nazirliyi hər il 15 iyun tarixinədək növbəti il üçün orijinal, superelit və elit toxumların istehsalı kvotalarının təsdiq edilməsi barədə müəyyən olunmuş qaydada Nazirlər Kabinetinə təklif verəcək. Başqa sözlə, 2-ci və 2-ci reproduksiyalı toxumlar və tinglərin istehsalı kvotaları ilə bağlı Nazirlər Kabinetinə təklif verilməyəcək.

Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Ramiz Mikayıloğlu

Digər xəbərlər