Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 2,3% artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 2,3% artıb
# 16 mart 2021 12:53 (UTC +04:00)

2021-ci ilin yanvar-fevral ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 669,3 mln. manat təşkil edib ki, onun da 639,5 mln. manatı heyvandarlıq, 29,8 mln. manatı bitkiçilik məhsullarının payına düşür.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,1%, bitkiçilik məhsulları üzrə 6,2 % artıb.

Ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. Mart ayının 1-nə kimi 61,8 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 8,5 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər, 14,1 min hektar sahədə kartof, 10,2 min hektar sahədə tərəvəz, 28,3 min hektar sahədə çoxillik otlar, 0,7 min hektar sahədə sair bitkilər əkilib. Təsərrüfatlarda yanvar-fevral aylarında 33,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 6,4 % çox tərəvəz məhsulları istehsal edilmişdir.

2021-ci ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 85,4 min ton ət, 314,2 min ton süd, 301,7 mln. ədəd yumurta istehsal edilmiş, 2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3%, süd istehsalı 1,5% artıb yumurta istehsalı isə 4,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR