Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,6% artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,6% artıb
# 10 iyun 2020 14:38 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda 2 165,1 mln. manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə kənd təsərrüfatının 79,5%-ni təşkil edən heyvandarlıq məhsullarının istehsalı 1 721,9 mln. manat təşkil edib ki, bu da 2019-cu ilin analoji ayları ilə müqayisədə 3,2% çoxdur.

Bitkiçiliyə gəldikdə isə, hesabat dövründə 443,2 mln. manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR