Azərbaycanda kənd təsərrüfatının istehsalı yanvarda 3%-dən çox artıb

Azərbaycanda kənd təsərrüfatının istehsalı yanvarda 3%-dən çox artıb
  • Clock-gray 18:20
  • calendar-gray 17 Fevral 2020

2020-ci ilin yanvar ayı üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 335,3 mln. manat təşkil edib ki, onun da 320,3 mln. manatı heyvandarlıq, 15 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6%, o cümlədən bitkiçilik məhsulları üzrə 12,5%, heyvandarlıq məhsulları üzrə isə 3,2% artıb.

Hesabat ayında quş əti də daxil olmaqla diri çəkidə 41,9 min ton ət, 154,8 min ton süd, 160,3 milyon ədəd yumurta istehsal edilmiş, 2019-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,9%, süd istehsalı 1,5%, yumurta istehsalı 11,2% artıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər