Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 11% artıb

Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 11% artıb
# 05 sentyabr 2020 11:48 (UTC +04:00)

Bu ilin avqust ayının 1-ə Azərbaycanda kənd təsərrüfatı sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni vaxtı ilə müqayisədə 53,8 mln. manat və ya 10,8% artaraq 553,3 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, kənd təsərrüfatı sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 0,6 mln. manat və ya 0,1% artıb.

Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 3,8% təşkil edib. İllik müqayisədə bu göstərici 0,1 faiz bəndi artıb, aylıq müqayisədə isə dəyişməz olaraq qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR