Azərbaycanda kərə yağının istehsalı artıb

Azərbaycanda kərə yağının istehsalı artıb
# 19 noyabr 2020 14:00 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 20 379,6 ton kərə yağı istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə istehsal olunan kərə yağının həcmi 1,9% artıb.

Cari ilin noyabrın 1-nə ölkədə kərə yağı üzrə hazır məhsul ehtiyatı 63,9 ton təşkil edib ki, bu da ötən ilin göstəricisindən 21 dəfə çoxdur. Belə ki, ötən il bu göstərici 0,3 tona bərabər olub.

Bununla yanaşı, bu ilin yanvar-sentyabr aylarında ölkəyə 62 724,2 min dolları dəyərində 12 716,6 ton kərə yağı, digər süd yağları və pastaları idxal olunub ki, bu göstəricilər müvafiq olaraq 25,9% və 29,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR