Azərbaycanda ənənəvi, intensiv və superintensiv tipli meyvə bağlarına dair tələblər müəyyənləşib - CƏDVƏL

Azərbaycanda ənənəvi, intensiv və superintensiv tipli meyvə bağlarına dair tələblər müəyyənləşib - CƏDVƏL
# 20 noyabr 2020 15:13 (UTC +04:00)

Azərbaycanda ənənəvi, intensiv və superintensiv tipli meyvə bağlarına dair tələblər müəyyənləşib.

APA-nın məlumatına görə, Dövlət Statistika Komitəsinin Kollegiyası bununla bağlı "Məhsul yığımı, payızlıqların səpini və dondurma şumuna dair 7-kt №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında" qərarına bununla bağlı anlayışları əlavə edib.

Beləliklə, ənənəvi (ekstensiv) tipli meyvə bağı dedikdə, insanlar tərəfindən sınaqdan çıxarılmış və nəsildən-nəsilə ötürülmüş ənənəvi texnologiyaların tətbiqi ilə bağların becərilməsi və məhsul istehsalı başa düşülür.

Belə meyvə bağları bir qayda olaraq, uca boylu meyvə bitkilərindən salınmaqla hər bitkiyə verilən qida sahəsi geniş, forması isə əsasən kürəşəkilli, irihəcmli təbii çətirli olur. Bu tip bağlarda meyvə ağaclarının hündürlüyü 5-6 metr və daha çox, bir qayda olaraq ağaclararası məsafə 3,0-6,0 metr, cərgəarası məsafə isə 5,2-7,0 metr intervalında olur. Bu tip meyvə bağlarında hər ağacın məhsuldarlığı ən yüksək məhsul ilində 120-150 sent/ha təşkil edir. Belə bağların bara düşməsi üçün 7-8 il tələb olunur, ağacların köklənməsi 25-35 ildən sonra həyata keçirilir.

İntensiv tipli meyvə bağlarında ağacların boyu calaqaltının tipindən asılı olaraq 3-4 metr olmaqla, ağaclararası məsafə 2-6 metr, cərgəarası məsafə 4-7 metr təşkil edir. Bu bağlar ucaboylu calaqaltılarda 5-7 yaşında, ortaboylu calaqaltılarda isə 3-4 yaşında məhsula düşür və ağacların istismar müddəti 20-25 il təşkil edir. Bu müddətdən sonra bağların əmtəəlik məhsuldarlığı aşağı düşdüyündən onlar köklənərək ləğv edilir və bağ növbələşməsi əsasında yeni bağlar salınır.

Superintensiv tipli meyvə bağları ehram formalı, ensiz çətirə malik ağaclardan salınır. Burada əsəsən sıxlaşdırılmış xətvari tipli əkin sxemlərindən istifadə olunur. Ağacların boyu 3-4 metr, bir qayda olaraq ağaclararası məsafə 1,1-3,3 metr, cərgəarası məsafə isə 2,0-5,45 metr intervalında olur. Belə bağlarda ağaclar iki-üç ildən sonra məhsul verir, yüksək məhsuldarlıq dövrü 12-15 il ərzində saxlanılır.

İntensiv və superintensiv meyvə bağları müasir suvarma sistemi (damcıvari və (və ya) süni yağışyağdırma) ilə təmin olunur.

Ənənəvi, intensiv və superintensiv üsulla salınmış çoxillik əkmələrin 1 hektarına düşən ağacların növlər üzrə sayına dair məlumat əlavədə verilib:

Ənənəvi, intensiv və superintensiv üsulla salınmış çoxillik əkmələrin 1 hektarına düşən ağacların növlər üzrə sayı, ədəd

Meyvə bağları üzrə

Ənənəvi üsul

İntensiv üsul

Superintensiv üsul

xurma

450-dək

450-832

833 və daha çox

nar

450-dək

450-832

833 və daha çox

feyxoa

650-dək

650-1249

1250 və daha çox

limon

650-dək

650-1249

1250 və daha çox

portağal

650-dək

650-1249

1250 və daha çox

naringi

650-dək

650-1249

1250 və daha çox

alma

650-dək

650-1249

1250 və daha çox

armud

650-dək

650-1249

1250 və daha çox

heyva

330-dək

330-832

833 və daha çox

ərik

650-dək

650-1249

1250 və daha çox

albalı

650-dək

650-1249

1250 və daha çox

şaftalı

650-dək

650-1249

1250 və daha çox

gavalı

650-dək

650-1249

1250 və daha çox

alça

650-dək

650-1249

1250 və daha çox

gilas

650-dək

650-1249

1250 və daha çox

badam

278-dək

278-556

557 və daha çox

şabalıd

238-dək

238-832

833 və daha çox

fındıq

330-dək

330-1249

1250 və daha çox

püstə

330-dək

330-832

833 və daha çox

qoz

238-dək

238-832

833 və daha çox

zeytun

330-dək

330-556

557 və daha çox

sair meyvə bağları

onlardan:

kinkan

650-dək

650-1249

1250 və daha çox

əzgil

330-dək

330-556

557 və daha çox

zoğal

330-dək

330-556

557 və daha çox

iydə

330-dək

330-556

557 və daha çox

əncir

330-dək

330-556

557 və daha çox

innab

330-dək

330-832

833 və daha çox

Giləmeyvələr üzrə

kivi

1600-dək

1600-2200

2201 və daha çox

moruq

5000-dək

5000-11000

11001 və daha çox

böyürtkən

5000-dək

5000-11000

11001 və daha çox

qarağat

4500-dək

4500-5500

5501 və daha çox

çiyələk

55000-dək

55000-105000

105001 və daha çox

tut (meyvə)

208-dək

208-832

833 və daha çox

Tut (çəkil)

10000-dək

10000-14999

15000 və daha çox

Yaşıl çay yarpağı

24000-dək

40000 və daha çox

40000 və daha çox1

Üzüm bağları üzrə

onlardan:

süfrə üzümü

2666-dək

2666 və daha çox2

2666 və daha çox3

şərab üzümü

2666-dək

2666 və daha çox2

2666 və daha çox3

1) havanın temperaturundan asılı olan avtomatlaşdırılmış ventilyasiya, damcıvari və süni yağışyağdırma suvarma sistemləri ilə təmin edilmiş sahə;

2) damcıvari suvarma sistemi ilə təmin edilmiş sahə və fillokseraya davamlı calaq-üzüm tingləri;

3) damcıvari və süni yağışyağdırma suvarma sistemi, şaxtaya qarşı müşahidə sistemi və avtomatlaşdırılmış dərman çiləmə sistemi ilə təmin edilmiş sahə və fillokseraya davamlı calaq-üzüm tingləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR