Azərbaycanda növbəti 4 ildə 1,330 mln. tondan çox pambıq yığılacaq - PROQNOZ

Azərbaycanda növbəti 4 ildə 1,330 mln. tondan çox pambıq yığılacaq - PROQNOZ
# 24 dekabr 2020 16:00 (UTC +04:00)

Azərbaycanda 2024-cü ildə 353,6 min ton pambıq yığılacağı gözlənilir ki, bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 11% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

2021-ci ildə ölkədə 318,6 min ton pambıq yığılacaq. Bu, cari ilin faktiki göstəricisindən (331,6 min ton) 4% azdır.

2022-ci ildə ölkədə pambıq yığımı əvvəlki ilə nisbətən 2,4% artaraq 326,4 min tona, 2023-cü ildə isə əvvəlki illə müqayisədə 2% artaraq 333 min ton təşkil edəcəyi gözlənilir. 2024-cü ildə isə 2023-cü ilə nisbətdə pambıq yığımı 6,1% artaraq 353,6 minə çatacağı proqnozlaşdırılır.

Ümumilikdə, 2021-2024-cü il ərzində pambıq üzrə məhsuldarlıq 1 331,6 min ton həcmində olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR