Azərbaycanda ötən il çayın idxalı ixracı 10 dəfədən çox üstələyib

Azərbaycanda ötən il çayın idxalı ixracı 10 dəfədən çox üstələyib
# 18 yanvar 2021 10:45 (UTC +04:00)

2020-ci ildə Azərbaycandan ümumi dəyəri 9 461,38 min ABŞ dolları dəyərində 1 357,23 ton çay ixrac edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2019-cu ilin göstəricisi ilə müqayisədə ötən il Azərbaycandan ixrac edilən çayın dəyəri 0,5% artıb, həcmi isə 9,9% azalıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,07%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,51%-ə bərabər olub.

Bununla yanaşı, 2020-ci ildə Azərbaycana ümumi dəyəri 56 187,15 min dollar dəyərində 13 984,93 ton çay idxal olunub. 2019-cu il ilə müqayisədə idxalın dəyəri 2% artıb, həcmi isə 0,8% azalıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,52% təşkil edib.

Göründüyü kimi, ötən il Azərbaycanda çayın idxalı ixracı 10,3 dəfə üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR