Azərbaycanda ötən il kartof idxalı ixracı 2 dəfədən çox üstələyib

Azərbaycanda ötən il kartof idxalı ixracı 2 dəfədən çox üstələyib
# 19 fevral 2021 11:09 (UTC +04:00)

2020-ci ildə Azərbaycandan ümumi dəyəri 33 786,2 min ABŞ dolları dəyərində 81 388,3 ton kartof ixrac edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, 2019-cu ilin göstəricisi ilə müqayisədə ötən il Azərbaycandan ixrac edilən kartofun dəyəri 25,8%, həcmi isə 31,7% artıb.

Bununla yanaşı, ötən il Azərbaycana ümumi dəyəri 49 517,4 min dollar dəyərində 182 700 ton kartof idxal olunub. 2019-cu il ilə müqayisədə idxalın dəyəri 4,4%, həcmi isə 5,4% azalıb.

Göründüyü kimi, ötən il Azərbaycanda kartofun idxalı ixracı 2,2 dəfədən çox üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR