Azərbaycanda pamblq yığımının orta məhsuldarlığı rekorda çatıb

Azərbaycanda pamblq yığımının orta məhsuldarlığı rekorda çatıb
  • Clock-gray 12:58
  • calendar-gray 26 Noyabr 2020

Azərbaycanda bu il sahələrdən 320 542 ton pambıq yığılıb ki, bu da ötən ilin yekun göstəricisindən 25,5 min ton çoxdur.

Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu il pambıq mövsümünün yekununda ölkə üzrə 295 min ton pambıq yığılaraq məntəqələrə təhvil verilib.

Noyabrın 26-na olan məlumata görə, pambıq yığımında orta məhsuldarlıq 32,09 sentner təşkil edib. Bu, ölkə üzrə pambıqçılıq tarixinin ən yüksək göstəricilərindən biridir.

Hazırda sahələrdə pambıq yığımı davam edir, mövsümün yekununda həm məhsul həcmi, həm də orta məhsuldarlıq göstəricilərinin daha da artacağı gözlənilir.

Qeyd edək ki, bu il Azərbaycanın 21 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkilib.

Hüseyn Vəliyev

Digər xəbərlər