
Azərbaycandan ötən il 606 min tondan çox meyvə-tərəvəz ixrac olunub

-
18:01
-
15 Yanvar 2021
2020-ci ildə Azərbaycan xarici ölkələrə dəyəri 607 511.33 min ABŞ dolları dəyərində 606 555.90 ton meyvə-tərəvəz ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə 2019-cu il ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 0,3% artıb, həcmi isə 3,5% azalıb.
Qeyd edək ki, ötən il Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarını əsasən tomat, meşə fındığı, alma və xurma təşkil edib.
Hesabat dövründə 201 353.53 min dollar dəyərində 187 539.39 ton tomat ixrac edilib ki, bu da 2019-cu ilin göstəricisini müvafiq olaraq 6,4% və 7,4% çoxdur.
2020-ci ildə 116 335.54 min dollar dəyərində (7,4% azalma) 18 892.89 ton (azalma 16,5%) meşə fındığı ixrac olunub.
Ölkədən həmçinin 29 500.86 min dollar dəyərində 72 087.60 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 26,4%, həcm isə 25,6% azalma müşahidə olunub.
Ötən il ərzində ölkədən 91 586.68 min dollar dəyərində (12,5% azalma) 125 771.80 ton (azalma 14%) xurma ixrac olunub.